Kriminal

Əri işə gedən kimi, yad kişini yatağına saldı, videoya çəkdi... - Sonra həyatının ŞOKUNU YAŞADI

9 Noyabr 2019 11:09
17 Şərh     Baxış: 16 971

Bakıda cinsi əlaqədə olduğu qızı şantaj etməkdə, ondan külli miqdarda pul almaqda ittiham olunan Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Əli Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İntim əlaqə, gizli çəkiliş

Milli.Az xəbər verir ki, Əli Məmmədov 5 may 2012-ci il tarixdə "Mail.ru" internet sosial şəbəkəsində Vəfa Babayeva ilə tanış olub.

Daha sonra onların münasibətləri istiləşib və Vəfa evdə tək olduqları vaxtlarda Əlini yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan evinə çağırıb.

Onlar həmin evdə mütəmadi olaraq cinsi əlaqədə olublar. Həmin vaxt cinsi əlaqədə olmalarını Əli telefon vasitəsi ilə gizli olaraq videoya çəkib.

Ərinə video göndərməklə hədələdi

Daha sonra Əli telefon vasitəsi ilə Vəfa ilə əlaqə saxlayıb. O, cinsi əlaqədə olmalarını videoya çəkdiyini, onu rüsvay edəcəyini deyib.

Əli şantajlarını davam etdirib və həmin cinsi əlaqədə olmaq barədə olan videonu Vəfanın ərinə, valideynlərinə və qardaşına deyəcəyi ilə də hədələyib.

Ərindən qorxdu, 500 manat göndərdi

Belə şantaj etməklə Əli 2017-cı ilin fevralın ortalarında yaşadığı Mingəçevir şəhərinə bank vasitəsi ilə Vəfadan 500 manat göndərməsini tələb edib.

Bundan qorxuya düşən Vəfa fevralın 21-də 500 manatı Mərdəkan qəsəbəsində, S.Yesenin küçəsi 100 saylı ünvanda yerləşən "UniBank" ASC-nin Mərdəkan filialına məxsus paypoint aparatı vasitəsi ilə Əlinin "Albalı plüş" plastik kart hesabına göndərib.

Bundan başqa, Əli Vəfaya məxsus iki ədəd qızıl üzükləri özü girova qoyduğu lombarddan 595 manatın müqabilində çıxararaq geri qaytaracağına dair yalandan vəd verib.

Vəfa həqiqətən də tələb olunan məbləğdə pulu Əliyə verdiyi halda özünə məxsus qızıl üzüklərini ondan geri alacağına inanıb.

Dələduzluq

Bu məqsədlə Vəfa martın 2-də 595 manatı "UniBank" Açıq Səhmdar Cəmiyyətinin Mərdəkan filialına məxsus paypoint aparatı vasitəsi ilə Əlinin istifadəsində olmuş "Albalı plus" plastik kart hesabına göndərib.

Bununla da Əli aldatma yolu ilə həmin məbləğdə pulu ələ keçirib, zərərçəkmiş şəxsə 595 manat ziyan vurmaqla dələduzluq edib.

800 manat aldı, əməlindən əl çəkmədi

Bundan bir ay sonra Əli yenidən Vəfanı intim videoları vasitəsi ilə şantaj etməyə başlayıb. O, Vəfaya həmin videonu ərinə, valdeynlərinə, qardaşına göndərəcəyi ilə hədələyib, ondan həmin ilin aprelində 800 manat verməsini tələb edib.

Aprelin 8-də Vəfa tələb olunan məbləği Əlinin "Albalı plüs" plastik kart hesabına göndərib. Həmin ilin aprelin 18-də isə eyni əməlləri ilə Əli Vəfadan bu dəfə 1500 manat göndərməsini tələb edib.

Bu şantajlardan bezən Vəfa Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsinə ərizə ilə müraciət edib.

"Bazarstore"də əməliyyat

Bundan sonra idarənin əməliyyatçıları seriya nömrələri müəyyən edilmiş 15 ədəd yüzlük əsginası Vəfaya veriblər. Qurulmuş əməliyyata uyğun olaraq Vəfa Əliyə həmin məbləğdə pulu Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən "Bazarstore" marketinin içərisində verməyə razılaşıb.

İki maddəli cinayət işi

Həmin gün saat 16.35-də Vəfa ilə Əli həmin marketdə görüşüblər. Əli Vəfadan pulu alarkən idarə əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

7 il 6 ay cəzadan narazı qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Əli Məmmədov apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə bəraət verilməsini, 182.2.2-ci maddəsinin isə 182.1-ci maddəsinə tövsif edilməsini istəyib. Əli Məmmədov Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Həbsdən bir il xilas oldu

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Əli Məmmədovun şikayəti qismən təmin olunub, onun cəzası 6 il 6 aya endirilib. Bu qərardan narazı qalan Əli Məmmədov kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Əli Məmmədovun kasasiya şikayəti təmin olunmayıb./Publika.az

Milli.Az

loading...

Şərh yaz:

17 Şərh:

  • Anonim
    Qəşəım · 9 Noyabr 11:20171

    Ar olsun

    Cavab yaz
  • Anonim
    SALEH · 9 Noyabr 11:23201

    WEREFSIZ.KIMDENSE ISTIFADE ETMEK EN BOYUK BIQEYRETLIKDI

    Cavab yaz
  • Anonim
    Zeris · 9 Noyabr 11:36339

    O qadina ar olsun ki erine xeyanet edib.utanmaz.bu isde ceza tek kisiye yox qadina da verilmeli idi.yaxsi edib bu kisi.ele namussuz qadinlara bu da azdir

    Cavab yaz
    • Anonim
      tural · 9 Noyabr 11:58205

      elesine kiwi deyilmir.kiwi adina lekedi.biqeyret desen daha dogru olar

      Cavab yaz
  • Anonim
    R_V · 9 Noyabr 11:36276

    Biqeyrət onsuzda biqeyrətdi.bəs o ərini aldadan qadına nə deyəsən.onda hardandı o pullar?deməli boş buraxanda qadın istədiyini etməlidir bəyəm.pozğunnnn

    Cavab yaz
  • Anonim
    Men · 9 Noyabr 11:43177

    Qadinada 10 il ceza versinler.erine xetanet etdiyine gore.belke hele usaqlarida var Namussuzlar

    Cavab yaz
    • Anonim
      c · 9 Noyabr 11:58152

      bes kiwilere ne qeder ceza versinler xeyanetlere gore?mence omurluk

      Cavab yaz
      • Anonim
        Oxucu reyi · 9 Noyabr 20:1432

        Axtalasinlar onu, hebs lazim deyil. Qoy omur boyu tamarzi qalsin

        Cavab yaz
  • Anonim
    Detektiv · 9 Noyabr 11:54201

    Tay tayini tapar, su da cuxurunu. Her ikisi namussuz, qeyretsiz ve serefsiz adamlardir. Qadin xeyanetkar, kisi de deleduz, vesselam!!!

    Cavab yaz
  • Anonim
    Sako · 9 Noyabr 13:15101

    Ikiside suroka gedmelidi

    Cavab yaz
  • Anonim
    Zeris · 9 Noyabr 13:19124

    Beli her ikisi namussuz serefsizdir.men cox isterdimki bele bir ceza olsunki erine xeyanet eden qadinlara verilsin.kisiye ceza verildi.qadina da hec olmasa bir 10 il verilsin.belke basqalarida baxib biraz ozune yigilar.nifret edirem bele insanlara.bir abriniz heyaniz olsun.ALLAHDAN qorxun.nefsinizin qulu olmayin.

    Cavab yaz
    • Anonim
      tr · 11 Noyabr 09:2200

      arvadina xeyanet eden kisiyede ceza verilmelidi

      Cavab yaz
  • Anonim
    Rony · 9 Noyabr 14:4471

    Bu qəbildən olan hadisələr çox baş verir son zamanlar. Tutulan şəxsin haqqında ətraflı hər şeyi yazırlar, amma bu şərəfsiz qadınların aqibəti barədə heç nə yazmırlar. Onların hər ikisinə cəza verilsəydi yaxşı olardı.

    Cavab yaz
  • Anonim
    El qizi · 9 Noyabr 14:5041

    Ay zeriw xanim erine xeyanet eden qadinnara deyirsiz ceza verilsin bes onda oz xanimina xeyanet eden kiwilere de ceza verilsin de onda azerbaycanda azaddigda olan kiwi olmaz

    Cavab yaz
  • Anonim
    Zeris · 9 Noyabr 17:1861

    El qizina:men deyirem ki xanim her ikisine verilsin ceza.ikiside heyasiz abirsiz insanlardi.burda kisiye verilib.qadinada verilsin.ister kisi ister qadin xeyanet edirse ikisinede en agir ceza verilmelidir.

    Cavab yaz
  • Anonim
    Qaya · 9 Noyabr 19:4792

    Mən deyirəm da kişinin bədbəxti qadından betərdi, əri arvadı evdə qoyub çörək qazanmağa gedir, arvad gör nə oyun çıxardır, Atalar sözü dür dişi göz eləməsə erkən kələ yaxın gəlməz, Onsuz da bəzi kişilər it kimidir, biqeyrətdir, bilmirlər ki, ərli arvada toxunmaq olmaz, kül sənin kişi başına, kişi adına ləkə başına, kül sənin qadın başna arvad adına ləkə başına

    Cavab yaz
  • Anonim
    T · 9 Noyabr 23:0631

    Qadina ar alsun evvela.Sonrada qadini santaj wtmek pul alan biqeyrete ar olsun.Ele ikiside bir bexin qiragidu.Qadinida ora salmaq lazim udi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.