Kriminal

Bakıda külli miqdarda dələduzluq edən qadınlar TUTULDU

3 Sentyabr 2025 20:25
Baxış: 512
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtın Nəsimi rayonunda iki nəfərə qarşı dələduzluq edilib. Nəticədə zərərçəkənlərə ümumilikdə 26 min 330 manat maddi ziyan vurulub.
 
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.

Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Tahirov da tutulublar.
 
Faktlarla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.