Elgün nədən ölüb? - Sabiq müstəntiq versiyaları açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaralı vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılan və bir gün sonra xəstəxanada vəfat edən 11-ci sinif şagirdi Elgün İbrahimovun ölümü cəmiyyətdə böyük rezonansa səbəb oldu. Hadisə ilə bağlı müzakirələr hələ də davam edir. Valideynləri onun qətlə yetirildiyindən şübhələnirlər. Araşdırılan digər bir versiya isə Elgünün qəsd etməsi ilə bağlıdır. Lakin hələlik istintaq yekun nəticəyə gələmyib.
Bəs, indiyə qədər bəlli olan fakt və əlamətlərə əsasən, nə demək mümkündür? Sadalanan versiyalardan hansı həqiqətə yaxındır?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov bildirib ki, dəqiq nəticəyə gəlmək üçün istintaq materiallarının araşdırılması vacibdir:
"Amma mən ilkin olaraq onu deyə bilərəm ki, əgər meyit o vəziyyətdə 5 mərtəbəli binanın həyətində aşkarlanıbsa, qəsd versiyası da, binadan ehtiyatsızlıqdan yıxılma versiyası da mümkündür."
M.Abbasovun sözlərinə görə, hadisə yerindəki görüntülər və meyitin aşkarlanma forması hündürlükdən yıxılma ehtimalına əsas verir:
"Təbii ki, yüzlərlə fərziyyə var. Lakin ümumi götürəndə, hadisə yerindəki görüntüyə baxanda mənim fərziyyəm budur ki, bu, hündürlükdən yıxılmanın xarakterik xəsarətidir. Düzdür, bunu daha çox ekspertlər müəyyənləşdirir. Amma başın o hissədə dağılması adətən, hündürlükdən yıxılma zamanı alınan xəsarətə bənzəyir. Təbii ki, bunu məhkəmə-tibbi ekspertlər daha dəqiq bilir. Hesab edirəm ki, bu versiya üzərində daha çox dayanmaq lazımdır. Yəni binadan düşmə".
M.Abbasov Elgünün sosial şəbəkədə yazdığı statusdan da bəhs edib:
"Ehtiyatsızlıqdan olub, yaxud onu kimsə oradan atıb, bunlar araşdırılmalıdır. Bu şeylər mümkündür. İnstagramda gördüm ki, onun "Mən artıq istifadə olunmaqdan yoruldum" deyə yazdığı bir statusu var idi. Adətən, bu cür status yazan insanlarda müəyyən qədər qəsd ehtimalı olur. Amma yenə deyirəm ki, burada dəqiq qərarı istintaq orqanlarının mövqeyini gözləməklə vermək olar. Yəni bizim dediklərimiz fərziyyələrdir."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Çempionlar Liqasında asan oyun olmur” - Valdas Dambrauskas
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)
-
"Eşref Rüya"nın aktrisası yeni serialda - (Foto)
-
"Borussiya" Azərbaycanla bağlı video paylaşdı
-
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
-
Yavər Şıxəliyev vəfat etdi
-
Prezident İlham Əliyev: Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik - (Video)





