Kriminal

Müğənni Dəniz axtarışa verildi

10 Fevral 2025 17:08
Baxış: 2 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Dəniz Əsədova yenidən axtarışa verilib.

Milli.Az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərarı qəbul edib.

Belə ki, müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30 tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak etməyib və məhkəmədən yayınıb.

Dəniz Əsədovanın məhkəmədən yayınmasına görə onun barəsində axtarış elan edilməsi ilə bağlı Vəkil Asim Abbasovun vəsatəti təmin edilib. 

Məhkəmənin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilib.  

Əlavə olaraq bildirilir ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilmişdi.  

Məlumata görə, Dəniz Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşları böhtan atdığı üçün digər maddələrlə məhkum edilib. 

Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədovanın təqsirləndirlən şəxs olduğu 4 ayrı-ayrı cinayət işi var. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.