Kriminal

Oğlu öldürülən ata bağışlamışdı - bu cəza verildi - FOTO

15 Yanvar 2025 14:19
Baxış: 1 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balaxanı qəsəbəsində dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəmə araşdırması başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Novruz Kərimovun sədrlik etdiyi məhkəmə tərkibi təqsirləndirilən şəxsə verilmiş ittihamların dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapdığı qənaətinə gəlib.

Hökmə əsasən, Rəhim Əsədov 17 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu hadisə ötən il baş verib. Təqsirləndirilən gəncə əvvəl 120-ci maddənin yüngül bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.

Zərərçəkmişin hüquqi varisi qismində tanınmış atası Rüstəm İmanov məhkəmədə oğlunu öldürəni bağışladığını deyib, azadlığa buraxılmasını istəmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.