Şəki şəhərində yerləşən "Şərifoğlu" tikinti materialları mağazasının sahibi həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 36 yaşlı iş adamı S.Kərimli (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.
Bildirilib ki, Şəkidə tarixi məkanlara gedən marşrutun üzərində yerləşən mağazanın sahibi dəfələrlə tikinti materiallarını Zərifə Əliyeva küçəsinin kənarına və səkiyə yığıb. Ona həmin yerlərə materialları yığmaması barədə xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib.
Növbəti monitorinq zamanı S.Kərimli polis əməkdaşlarının tələbinə qarşı çıxıb və satış üçün nəzərdə tutulmuş malları anbara daşımayıb.
Onun barəsində İXM-nin 510 və 535-ci maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib.
Şəki Şəhər Məhkəməsinin qərarı ilə sahibkara 15 sutka inzibati həbs cəzası verilib.
Milli.Az