Kriminal

Ərini öldürən qadına hökm oxundu

21 Oktyabr 2024 19:37
Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda 41 bıçaq zərbəsi ilə ərini öldürməkdə ittiham olunan qadının məhkəməsi yekunlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Dövlət ittihamçısı Ə.Məmmədovaya Cinayət Məcəlləsinin (CM) 122-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.

Müdafiə tərəfi CM-nin 79-cu maddəsinin tətbiq edilməsini və Ə.Məmmədovanın övladının 14 yaşa çatana qədər cəzanın təxirə salınmasını xahiş edib. Məhkəmə müşavirədən sonra Ə.Məmmədovanı CM-nin 122-ci maddəsi ilə təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.