Siyasət

Bu gün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 4 il ötür - VİDEO

22 Oktyabr 2024 00:43
Baxış: 1 208

Bu gün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 4 il ötür.

Milli.Az xəbər verir ki, 2020-ci il oktyabrın 21-i Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad edildi.

Prezident İlham Əliyev qəsəbənin işğaldan azad edilməsi barədə sosial şəbəkə hesabında paylaşım edərək, Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürüldüyünü açıqladı.

Həmin gün Azərbaycan Ordusu Ağbənd qəsəbəsinə Azərbaycan Bayrağını sancıb. Bayrağı sancan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə ediblər.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində 30 il işğal altında qalan ərazilər düşməndən təmizlənib və ölkəmizin ərazi bütövlüyü bərpa edilib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunması üçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanın uzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktları və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan lokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan az müddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında təslim olmaq məcburiyyətində qalıblar.

Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib, separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.