Sağlamlıq

Narın qabığını yeyin - Görün nələrə qadir imiş…

22 Oktyabr 2024 00:35
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində son illərdə aparılan təcrübələr nəticəsində məlum olub ki, narın qabığı meyvəsindən və suyundan daha faydalıdır. Belə ki, nar qabığının tərkibində olan "ellegik asit" deyilən maddə qadınlarda sinə xərçənginin yaranmasının qarşısını alır.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, təcrübələr nar qabığının xolestrolu aşağı saldığını, beta hüceyrələrini artıraraq diabetli xəstələrə, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə çox yardımçı olduğunu deyir. Təcrübələr nəticəsində müəyyən edilib ki, narın qabığı sinə, yemək borusu, dəri, bağırsaq, prostat və pankreas xərçənginə qarşı daha xeyirlidir.

Nar qabığından xeyirli maddələri necə almaq olar? Bunun üçün nar qabıqlarını kölgədə qurutmaq lazımdır. Daha sonra qurumuş qabıqları xırdalayırıq. 100 qr qaynanmış suya, 2 qr nar qabığı ataraq 10 dəqiqə qaynatmaq lazımdır. Hazır olan mayeni çay kimi qəbul etmək olar. vakansiya

Qurudulmuş və parçalanmış hazır nar qabıqlarını qəhvəüyüdən dəyirmanda toz halına salıb hazırladığımız salatlarda və ya ağartı məhsullarında da istifadə edə bilərik. Duzdan istifadə etməkdənsə, üyüdülmüş nar qabığı yemək daha faydalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.