İran

İranın gizli sənədi üzə çıxdı: “İsrail hücum edən zaman…” – FOTO

22 Oktyabr 2024 00:06
Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın rəsmi dövlət dairələrinə İsrailin mümkün hücumuna hazırlaşmaq barədə xəbərdarlıq edilib.

Milli.Az Globalinfo.az-a istinadən bildirir ki, bu barədə "Mouze" Teleqram kanalı məlumat yayıb.

Məlumatda İran Daxili İşlər Nazirliyinin gizli sənədinin yayıldığı bildirilir.

"Yayılan sənəddə hökumət və qeyri-hökumət departamentlərinə İsrailin mümkün hücumuna hazırlaşmaq barədə xəbərdarlıq edilir. Sənəddə qeyd olunur ki, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün kəşfiyyat və hərbi dairələrlə əməkdaşlığa çox böyük önəm verilsin. Eyni zamanda bütün idarələrə ayıq-sayıq və hücuma cavab verməyə hazır olmaq çağırışı edilir", - deyə məlumatda vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.