Bakı KOB Evində Soulmind brendinin təqdimat tədbiri keçirilib. Tədbirdə dövlət dövlət orqanlarının və ictimai qurumların nümayəndələri, şirkət rəhbərləri, biznes və innovasiya sahəsinin təmsilçiləri, media nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir Beynəlxalq Koçluq Sertifikasiyası Proqramı (ICC), 12, 13 və 14 dekabr tarixlərində keçiriləcək proqram ərəfəsində təşkil olunub. Layihə Soulmind və Helsinkidə (Finlandiya) yerləşən Ümumdünya Koçluq Təşkilatı (WCO) arasında imzalanmış əməkdaşlıq memorandumunun çərçivəsində həyata keçirilir və Azərbaycanda koçluq sahəsinin inkişafında yeni mərhələnin başlanğıcını simvolizə edir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.
Görüş zamanı qonaqlara Soulmind brendinin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Soulmind şəxsi inkişaf, psixologiya, korporativ idarəetmə və kouçluq sahələrində müasir, elmi əsaslı və praktik təsiri yüksək olan yanaşmalar təqdim etməyi hədəfləyir. Bu yanaşma həm fərdlərin inkişafını, həm də təşkilatların dayanıqlı və sağlam şəkildə böyüməsini dəstəkləyən kompleks bir model kimi təqdim olunub.Brend fərdlərə və təşkilatlara psixoloji dəstək, inkişaf programları və beynəlxalq standartlara uyğun olaraq fərdlərin və komandaların potensiallarını kəşf etməyə imkan yaradır.
Tədbirdə çıxış edən nümayəndələr Soulmind-in ölkədə insan kapitalının gücləndirilməsi və müasir idarəetmə modellərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Qonaqlara inkişaf strategiyası, xidmətin strukturu və yaxın dövr üçün nəzərdə tutulan layihələr haqqında təqdimat nümayiş olunub. Xüsusilə korporativ mühitdə psixoloji təhlükəsizlik, komanda dinamikası və davranış risklərinin idarə olunması üzrə həyata keçirilən proqramlar da praktik nümunələrlə göstərilib. Bu təqdimatlar şirkətlərin daxili proseslərinə psixoloji baxışın gətirdiyi real təsirləri və nəticələri praktik nümunələrlə ortaya qoyub. Soulmind artıq Avropanın bir sıra nüfuzlu rəsmi qurumları ilə əməkdaşlıqlar qurub və bu beynəlxalq təcrübənin milli dəyərlərə uyğunlaşdırılmış formada yerli bazara inteqrasiya edilməsini hədəf qoyub.
Tədbirin sonunda iştirakçılar öz rəylərini və təkliflərini təqdim edib, qarşıdakı dövr üçün mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Beynəlxalq Koçluq Sertifikasiyası Proqramı ərəfəsində Soulmind təqdimatı keçirilib - FOTO
1 Dekabr 2025 18:19
Baxış: 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həyatını dəyişə bilməyənlərin əsl problemi: Uğursuzluq qorxusu sadəcə bəhanədirmi?
-
Gələcəyin hava limanları: Süni intellekt terminalları daha sürətli və yaşıl edə bilərmi?
-
Şüşə necə silinir? Mebellərin şüşə səthləri üçün təmizlik sirləri
-
Bu şəxslərə banan yemək olmaz - SƏBƏB
-
"Yeraltı"nda rol alacaq - FOTO
-
25 yaşlı ulduz futbolçu karyerasını bitirə bilər
-
İranla bağlı qətnamə: bu ölkələr bitərəf qaldı
-
"Liverpul" "Real"ın müdafiəçisi üçün 70 milyon ödəməyə hazırdır
-
“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başladı
-
"Sevgimə inandırmaq üçün ona ev aldım"
-
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
-
“Arsenal” səfərdə “Bayer”lə heç-heçə edib
-
Günün qoroskopu: həyat sizi öz dəyərinizlə üz-üzə qoyur
-
İlham Əliyevlə Antonio Koştanın birgə mətbuat bəyanatı
-
Qalatasaray məğlubiyyəti sonrası Liverpulda zəlzələ: Komandadan ayrılmaq istədi - FOTO
-
Pakistan donanması Hörmüz boğazında bir ilki reallaşdırdı
-
Dünyanın ən kiçik yaşayış məntəqəsi: Adada cəmi bir ev və bir ağac var
-
Pezeşkian atəşkəs üçün şərtlərini açıqladı
-
Mehriban Mahmudova işdən çıxarıldı - FOTO
-
Könül Həmzəyeva saxlanıldı
-
“Onlar artıq mənim ailəmi hədələyir” - Orban
-
Ali Tsokayev Avropa çempionu oldu
-
"Mançester Yunayted"in ulduzu azad agent kimi "Arsenal"a keçə bilər
-
Tehranda ölən generallara vida mərasimi - VİDEO





