İdman

"Messi"ni ikiyə böldülər - FOTO

1 Dekabr 2025 16:53
Baxış: 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentina millisinin ulduz futbolçusu Lionel Messiyə həsr olunan heykəl yenidən dağıdılıb.

Milli.Az xəbər verir ki, yerli KİV-in məlumatına görə, hadisə Mar-del-Plata şəhərində baş verib.

Şəhərin məşhur kafelərindən birinin qarşısında yerləşən abidə naməlum şəxslər tərəfindən ikiyə bölünüb. Heykəldə Messi Argentina millisinin formasında, əlində dünya çempionluğunun kuboku ilə təsvir olunmuşdu. Skulptur 2022-ci ildə Qətərdə qazanılan dünya çempionluğuna ehtiram əlaməti olaraq hazırlanmışdı.

Qeyd edək ki, bu, heykələ edilən ikinci vandal hücumdur. Messinin abidəsi 2024-cü ildə də oxşar şəkildə zədələnmişdi.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.