Şou-biznes

Aparıcının sualı Ehtiram Hüseynovu ağlatdı - VİDEO

22 Oktyabr 2024 00:16
Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Ehtiram Hüseynov efirdə kövrəlib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Evdəkilərə salam" verilişində qonaq olan sənətçiyə aparıcı Aytəkin Mərdanova valideynləri ilə bağlı sual ünvanlayıb. 

Hüseynov "Valideynlər bizim baş tacımızdır. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, sağ olanlara isə can sağlığı versin. Mənim də valideynlərim mənim baş tacımdır" sözlərini dilə gətirib.

Aytəkinin "Siz pis olanda (xəstəliyini nəzərdə tutur - red. ) yəgin ki, onlar da həyaca keçirtdilər" sözlərinə Ehtiram göz yaşı axıdıb.

İfaçı bu haqda danışmaq istəmədiyini və aparıcıdan bu mövzunu dəyişməsini xahiş edib.

Qeyd edək ki, E. Hüseynov uzun zamandır ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.