Abşeronda 60-dan çox odlu silah aşkarlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron Rayon Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq 11-i "Kalaşnikov" avtomatı, 3-ü tapança və 50-si ov tüfəngi olmaqla qanunsuz saxlanılan ümumilikdə 64 odlu silah, 33 əl qumbarası və müxtəlif çaplı patronlar polisə könüllü təhvil verilib.
Narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı keçirilən əməliyyatlar zamanı isə 10 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və çətənə kolları çıxarılıb.
Abşeron rayonunda oğurluq və digər cinayətlərin törədilməsinə görə axtarışda olan 9 nəfər saxlanılıb, "isti izlərlə" 26 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 188, xırda xuliqanlıq və talama ilə əlaqədar 93 fakt aşkarlanıb, mülki axtarışda olan 29 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron rayon Polis İdarəsi və Dövlət Yol Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 315, spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən 6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan 216 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)





