Evi satan kirayənişinlər ölkədən qaçıb - Biri tutulub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda dələduzluq edərək kirayə qaldığı evləri satan şəxslər qrup halında fəaliyyət göstərirmişlər.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətləri icra olunub.
Araşdırmalarla müəyyən edilib ki, Rauf Kazımov özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Leyla Nəbiyevanı aldadaraq xüsusi mülkiyyət hüququ ilə sonuncuya məxsus Xətai rayonunda yerləşən mənzili ötən ilin iyun ayında icarə müqaviləsi əsasında 1 il müddətinə icarəyə götürüb: "10 gün sonra Rusiya Federasiyasında yerləşən Notariat dairəsinə yalan informasiya verməklə etibarnamə əldə edib. Azərbaycana qayıtdıqdan sonra isə Leyla Nəbiyevanın razılığı və məlumatı olmadan həmin etibarnamə əsasında daşınmaz əmlakı başqa şəxsə sataraq ev sahibəsinə 300 min manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törədib.
Binəqədi Rayon Polis İdarəsində fakta görə cinayət işi başlanılıb və cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilib ki, R.Kazımov tanışları Anar Hacıyev, Emin İbrahimov və qeyriləri ilə qabaqcadan əlbir olaraq qrup halında cinayət əlaqəsinə girərək qeyd edilən əməli törədiblər.
Sonra istintaqla araşdırılan yolla mülkiyyətçi tərəfindən sözügedən mənzilə dair bütün mülkiyyət hüquqlarını R.Kazımova etibar edilməsinə dair əldə olunan etibarnamə ilə əvvəlcə Anar Hacıyevə, bundan sonra Dəyanət Əmrahova və nəhayət Azər Həsənova satılmasını həyata keçirərək özgəninkiləşdirilməsinə nail olunub.
İstintaq zamanı R.Kazımov və A.Hacıyevin alqı-satqı proseslərini həyata keçirdikdən sonra ölkə hüdudlarından kənara getmələri müəyyən edilib. Bundan başqa, Emin İbrahimovun da eyni üsulla cinayət törətməsi faktı əsasında onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi istintaq olunub, həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Hazırda həmin şəxslərin saxlanılması və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir".
Xatırladaq ki, bu gün Leyla Nəbiyevanın oğlu Turan Nəbili "Qafqazinfo"ya müraciət edərək kirayənişinləri tərəfindən dələduzluğa məruz qaldığını bildirmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





