Azərbaycanda qardaş boşanmış bacısını qonşusu ilə tutdu - "Gecə ayılanda gördüm ki..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göygöl rayonunda 1983-cü il təvəllüdlü İbrahim qonşusu, 55-ci il təvəllüdlü Cəlilə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə bu ilin martın 25-də Göygöl rayonunun kəndində baş verib. İbrahim həmin gün, saat 03.50-də onlarla bir yerdə yaşayan nikahı pozulmuş bacısı Könül ilə qonşusu Sadiqi yaşadıqları evin həyatyanı sahəsində görüb. O, həmin şəxslər arasında sevgi münasibətləri olmasından şübhələnərək qisas almaq məqsədilə Sadiqin yaşadığı evin həyətinə gəlib və onları çağırıb.
Bu zaman onun qarşısına çıxan Sadiqin atası Cəlilə onun bacısı ilə münasibətdə olmasını, oğlunun namussuzluq etdiyini bildirib. Cəlil isə oğlunu müdafiə edərək onun ünvanına ağır ifadələr işlətdiyindən aralarında mübahisə yaranıb. Şəxsi münasibətlər zəminində mübahisə zamanı İbrahim özü ilə gətirdiyi bıçaqla Cəlilin sinə nahiyyəsinə bir neçə dəfə zərbə vurub.
İstintaq orqanı tərəfindən İbrahimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İbrahim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, subaydır, heç yerdə işləmir: "Cəlil və Sadiqi tanıyıram, onlarla qonşuyuq. 2005-ci ildən Bakıda işləsəm də, 2022-ci ilin martından yaşadığım kəndə qayıtmış anam Sənəm, bacılarım Könül və Fəridə ilə birlikdə yaşayıram. Könül boşandığı üçün bizimlə birlikdə yaşayır".
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 21-də Bakıda yaşayan qardaşı Əli ilə birlikdə bayramla əlaqədar kəndə gəlib: "Ailə üzvlərimin hamısı evdə olub. Saat təxminən 21 radələrində yatsam da, prostat problemi olduğundan tez-tez tualetə çıxdığım üçün gecə saat 3 radələrində yuxudan oyandım. Çarpayıda uzandığım zaman digər otağın qapısının açıldığını eşitdim. Bir müddət yerimdə gözləsəm də, çıxan şəxs geriyə qayıtmadı. Könülün yatdığı otağın qapısı açıq olsa da, Könülün yerində olmadığını gördüm. Könülə zəng edəndə telefonun otaqda olduğunu gördüm. Eyni otaqda yatan azyaşlı bacım oğlu Pərvizi oyatdım və telefonun kilidini açmasını istədim. Pərviz kilidi açanda son zəngin təxminən 25-30 dəqiqə əvvəl Sadiq adlı qonşudan gəldiyini bildim. Şübhələnərək evdən bıçaq götürdüm və cibimə qoyaraq həyətə düşdüm. Sağa-sola baxdıqdan sonra baxçaya tərəf yönəldikdə baxçanın çölündə Könülün Sadiqlə qucaqlaşdığını gördüm. Yaxınlaşaraq hər ikisini əlim ilə tutsam da, Könül əlimdən çıxaraq qaçdı. Mən isə yüksək səslə nalayiq ifadələr işlədərək Sadiqə bir neçə dəfə yumruqla zərbə endirdim. Sadiq qaçaraq öz həyətlərinə girdi. Həyətlərinə getdikdə isə atası Cəlil qarşıma çıxdı. Ondan Sadiqi çağırmasını, oğlunun namusuzluq etdiyini dedim. Bu zaman Cəlil Sadiqin belə hərəkət etməyəcəyini, danışığıma fikir verməyi, namussuzun mənim özüm olduğunu dedi".
İbrahimin ifadəsinə görə, Cəlil ilə aralarında mübahisə yaranıb, üzərində olan bıçaqla onun sinəsindən bir neçə dəfə zərbə vurub: "Cəlilin arvadı Zəminə məni tutduğu üçün onu itələdim. Bu vaxt Sadiqə tərəf gedərək onunla əlbəyaxa oldum. Üzbəüz dayandığımız üçün bıçağı yandan Sadiqin kürək nahiyyəsinə doğru ataraq ona da zərbələr endirdim. Zərbələrin onun kürək nahiyyəsinə dəydiyini hiss etsəm də, dəqiq hansı hissə olduğunu xatırlamıram. Münaqişə zamanı Sadiq dəmir vedrə ilə mənim alnımdan bir dəfə zərbə vurdu. Bir neçə dəqiqə sonra qardaşım Əli gələrək bizi ayırdı və məni yaşadığımız evə apardı".
İş üzrə zərərçəkmiş Cəlilin sözlərinə görə, hadisə günü evə saat 1 radələrində gəlib: "Həmin vaxt Sadiq evdə olub. Saat 03.30-da yatdığım zaman darvazanın döyüldüyünü eşitdim. Arvadım Zəminə ilə pəncərədən çıxaraq kim olduğunu soruşduqda, qapıdakı asta səslə "Zəminə xala mənəm, İbrahimdir, bir dəqiqə qapını aç" dedi. Bundan sonra qapını açmaq üçün bayıra çıxdım, qonşumuz İbrahimi gördüm. Qapını açar-açmaz İbrahim məndən Sadiqi çağırmağı, onunla kişi söhbəti edəcəyini dedi. Nə olduğunu soruşduqda isə oğlumun namussuzluq etdiyini, onu bacısıyla gördüyünü dedi. İbrahimə etiraz etdim, oğlumun evdə yatdığını, namussuz olmadığını, danışığına fikir verməsini bildirdim. İbrahim isə mənə qarşı nalayiq ifadələr işlətdi. Mənə "namussuz oğlunu müdafiə edirsənsə, sən də namussuzsan," dedi. Sonra məni söyüb-təhqir etdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı İbrahim bıçaqla bir neçə dəfə mənə zərbə endirdi. İbrahim qapıdan həyətə keçsə də, onu saxlayaraq mane olmaq istədim. İbrahim səsə Sadiqin ikinci mərtəbədən düşdüyünü gördü və əlbəyaxa oldu. Sadiq İbrahimi vedrə ilə başından vurdu. Bu zaman İbrahim dizi üstə yerə düşdü. Əlbəyaxa olarkən İbrahim oğlum Sadiqin kürəyindən bıçaq zərbələri vurdu. İbrahim ayağa qalxa bilməyərək yarı bükülü şəkildə qapıdan çıxdıqda, qardaşı Əli həyətə girərək onu qaldırdı və həyətdən çıxartdı. Birtəhər gedərək qapını örtmək istəsəm də yıxıldım. Əli geri qayıdaraq qolumdan tutdu və "şeytana nəhlət, dur səni aparım" deyərək köməklik etmək istəsə də, ondan qapıdan getməsini istədim. Əli getdi, mən isə yıxılı vəziyyətdə qaldım".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə İbrahim 4 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
XƏBƏR LENTİ
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb





