Kriminal

Abşeronda 44 yaşlı kişi qətlə yetirildi

21 Avqust 2023 09:51
Baxış: 883
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeron rayonunda 44 yaşlı kişi öldürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Bildirilib ki, avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 1979-cu il təvvəllüdlü Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.