Kriminal

Yevlaxda kişi hamilə arvadını xəyanətə görə öldürmək istədi

16 Avqust 2023 13:41
Baxış: 1 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səbuhi Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Milli.Az Pravda.az-a istinadən bildirir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 12 müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 14 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Yevlax rayonu ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Səbuhi Həsənov yaşadıqları evdə hamilə arvadı Aysun Məmmədlini, onun anasını, xalasını və qardaşını bıçaqlayıb.

Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub. Səbuhi Həsənov məhkəmədə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Aysunu qısqanclıq zəminində bıçaqlayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ona xəyanət edib, üçüncü uşaq başqa kişidəndir.

Qeyd edək ki, hadisədən bir neçə gün sonra zərərçəkmiş Aysun Məmmədli üçüncü uşağı dünyaya gətirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.