Kriminal

Bakıda iki nəfər sürücünü boğmağa cəhd edib, avtomobili qaçırıb

24 Aprel 2023 13:34
Baxış: 1 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda sürücüyə qarşı quldurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, aprelin 22-də saat 22 radələrində Yasamal rayonu ərazisində "Khazar" markalı bir avtomobildə olan 2 sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərmələri, bu zaman sürücünün avtomobili tərk etməsi və həmin şəxslərin nəqliyyat vasitəsini qaçırmaları barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli müəyyən olunaraq saxlanılıblar.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.