Kriminal

Bərdə sakinindən 10 kq-dan çox narkotik götürülüb - FOTO

15 Sentyabr 2022 13:32
Baxış: 976
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinindən marixuana və çətənə bitkiləri aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Firdovsi Cəfərov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 6 kiloqram 583 qram marixuana və çəkisi 3 kiloqram 200 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.