Kriminal

Bərdədə atasını güllələyərək öldürən şəxsin məhkəməsi başlayır

15 Sentyabr 2022 09:30
Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdədə atasını qətlə yetirməkdə təqsirləndirilən Kənan Fərzəliyev barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib.

Qeyd edək ki, rayonunun Mirzəcəfərli kəndində oğul atasını qətlə yetirib.

Kənd sakini Kənan Fərzəliyev yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə atası Bulud Fərzəliyevi öldürüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan Fərzəliyev tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi "İJ-16" markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.