Ölkə

Tovuzda itkin düşən ana və 5 yaşlı oğlu tapıldı

14 Noyabr 2021 14:14
1 Şərh     Baxış: 2 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda itkin düşən ana və 5 yaşlı oğlu tapılıb.

Bu barədə APA-ya itkin düşən 1993-cü il təvəllüdlü Tacirə Aslanovanın atası Şahin Aslanov məlumat verib.

Ata qeyd edib ki, qız Bakı şəhərindən tapılıb və Tovuz Rayon polis şöbəsinin əməkdaşları tərəfindən onlara təhvil verilib.

Hazırda onların səhhətində hər hansı bir problem yoxdur.

Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək, rayonun Aşağı Quşçu kənd sakini 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı - 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabr ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.