Ölkə

Zorlanan 11 yaşlı qızın ailəsi, nənə və babası körpənin meyitini götürmək istəmirlər

5 Noyabr 2021 14:16
2 Şərh     Baxış: 2 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmişlidə zorlanan 11 yaşlı qızın Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsindən qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi körpənin vəfat etdiyi barədə məlumat vermişdik.

Milli.Az xəbər verir ki, 11 yaşlı qızın ailəsi, nənə və babası Oxu.az-a açıqlmasında azyaşlının körpəsinin meyitinin xəstəxanadan götürülməsi ilə bağlı heç bir müraciət etməyəcəklərini deyib.

Respublika Klinik Xəstəxanasından bildirilib ki, 11 yaşlı ananın ölən uşağının cəsədi xəstəxana tərəfindən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Əldə olunan bir digər məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların nümayəndələri ilə birlikdə 11 yaşlı qızın qardaşı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nəzdindəki Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.