Ölkə

I ixtisas qrupu üzrə abituriyentlərə iki altqrup seçmək imkanı veriləcək

29 Oktyabr 2021 10:43
0 Şərh     Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzi 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər müraciət edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.

Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.