Ölkə

Nazir müşaviri təyin olunan gənc tanınmış jurnalistin oğludur - DOSYE

6 Oktyabr 2021 14:47
0 Şərh     Baxış: 2 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib.

Nazirin müşaviri vəzifəsinə təyinat alan şəxs Rəşad Həsənovdur.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur.

Rəşad Həsənov 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr, 2010-cu ildə Böyük Britaniya və Şimal İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində "İqtisadi və maliyyə sektoru siyasətləri" ixtisası üzrə magistr təhsili, 2016-cı ildə isə Avstraliyanın Dikin Universitetində İqtisadiyyat üzrə Fəlsəfə elmləri doktoru dərəcəsi alıb.

R.Həsənov Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, Avstraliyanın Xəzinə və Maliyyə Nazirliyində iqtisadçı, Azərbaycanda isə ADA Universitetində baş müəllim, Mərkəzi Bankda müxtəlif vəzifələri icra edib, müşavir təyin olunana qədər BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisində baş iqtisadçı vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.