Ölkə

28 May və 18 Oktyabr hər il bayram kimi qeyd ediləcək

6 Oktyabr 2021 11:15
6 Şərh     Baxış: 9 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd edilsin.

Milli.Az xəbər verir ki, bu barədə "Müstəqillik Günü haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunacaq.

Qeyd edək ki, hazırda 28 May - Respublika Günü kimi qeyd olunur və qeyri iş günüdür. 18 Oktyabr isə Müstəqillik Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra hər iki gün qeyri-iş günü hesab olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.