Siyasət

Qarabağ savaşından sonra iki qlobal güc var - Maqid

18 Sentyabr 2021 20:34
1 Şərh     Baxış: 3 646

Cənubi Qafqaz bölgəsində Türkiyə regional gücə çevrilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Mixail Maqid deyib.

O bildirib ki, II Qarabağ müharibəsindən əvvəl Rusiyanın bölgədəki gücü mütləq idi:

"Ancaq müharibə vaxtı və sonra yeni vəziyyət yarandı. İndi isə 2 qlobal güc var: Türkiyə və Rusiya. Bakı Ankara ilə getdikcə hərbi və iqtisadi ittifaq yaradır, bununla bərabər orduları möhkəmlənir. Ermənistana gəlincə, sarsıdıcı bir məğlubiyyətdən sonra güclü Azərbaycan-Türkiyə ittifaqının mövcudluğunu da nəzərə alsaq, Ermənistanın bir dövlət olaraq varlığı indi tamamilə Rusiyadan asılıdır".

Politoloq qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda güclənməsi Rusiyanın bölgədəki ana strategiyasını təhlükəyə atıb:

"Rusiyanın bölgədəki hədəfi Türkiyə və İranın təsirinin genişlənməsini əngəlləmək olub. Ancaq II Qarabağ müharibəsindən sonra Türkiyənin bölgədəki təsiri o qədər artdı ki, bunu Rusiyanın strateji uğursuzluğu kimi də başa düşmək olar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.