Ölkə

Bir ailənin üç üzvü eyni fakültəyə qəbul oldu - VİDEO

8 Sentyabr 2021 14:24
0 Şərh     Baxış: 1 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunda Qubaxəlil kəndində yaşayan Həsənovlar indi kimyaçılar ailəsi kimi tanınır. Ailənin 3 uşağı bu il ali məktəbə qəbul olub. Özüdə eyni fakültəyə. Heç bir müəllim yanına getmədən imtahana hazırlaşan gənclər valideynlərinə onlara yaratdığı şəraitə görə  minnətdarlıq  ediblər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir ailənin üç övladı tələbə adını qazanıb.

İsmayıllı rayonunun Qubaxəlil kəndində yaşayan Həsənovlar ailəsi 3 qat sevinc içindədir. Ailənin böyük övladı Səməndərağa 307, bacılar Şəlalə 471, Lalə isə 401 balla tələbə adını qazanıb.

Hər üç gənc Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və biologiya fakültəsinə qəbul olunub. Səməndərağa ötən il imtahan versə də, arzusunda olduğu universitetə qəbul olunmamışdı. Bu il isə bacıları ilə birlikdə istədiyi universitetdə tələbə adını qazanıb.Ata Firdovsi Həsənov övladları ilə fəxr etdiyini deyir.

Əkiz bacılar deyir ki, onlar hazırlıq müddətində bir - birinə daim dəstək olublar.Heç bir müəllim yanına getmədən imtahana hazırlaşan gənclər valideynlərinə onlara yaratdığı şəraitə görə  minnətdarlıq ediblər. 

Təbrikə gələn qohum-qonşular artıq ailənin "kimyaçılar ailəsi" kimi tanındığını söyləyirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.