Ölkə

Qəbələdə evini tərk edən koronavirus xəstəsi saxlandı - VİDEO

2 Sentyabr 2021 16:12
0 Şərh     Baxış: 674
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ev şəraitində müalicə alan koronavirus xəstəsi Elşad Şıxqəmzəyevin yaşadığı ünvanı qanunsuz tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, həmin şəxs idarə etdiyi "Kia" markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və sanitar-karantin qaydaları bir daha ona izah edilib.

E.Şıxqəmzəyev yaşadığı ünvana geri qaytarılıb və hazırda onun barəsində Qəbələ RPŞ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.