Ölkə

“Füzuli” Beynəlxalq hava limanında yoxlama uçuşları həyata keçirilir - FOTO

22 Avqust 2021 14:41
0 Şərh     Baxış: 2 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20-25 avqust tarixlərində "Füzuli" Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətindən Milli.Az-a verilən məlumata görə, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) - hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Əvvəllər digər hava limanlarında bu unikal testin necə aparılması ilə videoçarxda
keçid vasitəsilə https://youtu.be/jhIyEj2RwIs tanış ola bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.