Ölkə

DİN-dən Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı AÇIQLAMA

22 Avqust 2021 13:22
0 Şərh     Baxış: 1 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini, Ağrel döyüşləri və Vətən Müharibəsi qazisi Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hər hansısa bir şikayət xarakterli müraciət daxil olmayıb:

"Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib".

Bildirilib ki, hazırda həmin müraciət əsasında araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.