Ölkə

Belə davam edərsə, qapanmalar qaçılmaz olacaq

20 Avqust 2021 17:14
1 Şərh     Baxış: 4 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yəqin ki, insanlar Operativ Qərargahın sentyabrın 1-dən etibarən qüvvəyə minəcək məhdudiyyətlərilə bağlı qaydaları nəzərə alaraq, könüllü gedərək vaksinasiya olunacaqlar".

Bunu Milli.Az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.

O bildirib ki, COVİD-in bu dalğası geridə qalan üçündən daha güclü deyil:

"İnsanlarımız vaksinasiya olunmalıdırlar ki, bir də belə məhdudiyyətlərə məruz qalmasınlar. Ona görə də ümidvaram ki, bundan sonra vaksinasiyaya axın daha da sürətlənəcək. Vaksinasiya olunmuşların və xəstəlik keçirmişlərin orqanizmində yaranmış immunitet hesabına yəqin ki, yoluxma sayı azalmaya doğru getsə, biz artıq ciddi bir qapanmalara məruz qalmayacağıq. Əks təqdirdə artım belə davam edərsə, o zaman qapanmalar qaçılmaz olacaq. 

Hazırda ölkəmizdə 4-cü dalğa yaşanır. Amma deməzdim ki, bu dalğa geridə qalan üçündən daha güclüdür. Bu virus mutasiyaya uğrayan virusdur. Viruslar mutasiyaya məruz qaldıqca onların təsir gücü müəyyən qədər zəifləyir. Ona görə də hansı növündən, ştammından asılı olmayaraq yəqin ki, bu dalğa əvvəlkilərdən heç də güclü olmayacaq. Bu, əksinə zəif olacaq və ümid edirik ki, qısa bir müddətdə yekunlaşacaq".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.