Ölkə

"Vəfat edənlərin içərisində 99 faiz vətəndaşın vaksin olunmaması aşkarlanıb" - TƏBİB-in nümayəndəsi

20 Avqust 2021 11:14
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəstəlik artır. Biz bu gün vaksin vurdurmaqdan çəkinirik. Biz bunu başa düşürük. Ancaq COVID-19-a yoluxan şəxslərin hansı əziyyətləri çəkdiyini artıq bilirik".

Milli.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır:

"Süni nəfəs aparatına qoşulanların 97 faizi də vaksinasiya olunmayanlardır. Vəfat edənlərin içərisində də 99 faiz vətəndaşın vaksin olunmaması aşkarlanıb".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.