Ölkə

Eldar Sadıxov koronavirusdan öldü

16 Avqust 2021 19:19
0 Şərh     Baxış: 3 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Voronej vilayətindəki Azərbaycan diasporunun sədri Eldar Sadıxov koronavirusdan vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Voronejdəki Xəzər ictimai təşkilatının sədri Eldar Əliisa oğlu Sadıxov avqustun 16-da 61 yaşında COVID -19 virusuna yoluxması nəticəsində vəfat edib.

Onun nəşi Azərbaycana göndərilib.

Qeyd edək ki, Eldar Sadıxov uzun illər Voronejdəki Azərbaycan diasporuna rəhbərlik edib. Voronej vilayətinin ictimai həyatında fəal rol oynayan həmyerlimiz vilayətin regional milli palatasının üzvü olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.