Ölkə

Gizir Mirzə Əhmədovun vəfat etməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

15 Avqust 2021 13:08
0 Şərh     Baxış: 2 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

13:08

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə gizir Əhmədov Mirzə Balaqardaş oğlunun Vətən müharibəsi zamanı yaralanması və 8 ay komada qaldıqdan sonra şəhid olması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, gizir M.Əhmədov 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

---------

11:16

Komada olan qazi 8 aydan sonra vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, gizir Mirzə Balaqardaş oğlu Əhmədov qəhrəmancasına döyüşdüyü Vətən müharibəsində yaralandıqdan sonra komaya düşüb və 8 aydan sonra vəfat edib.

O, doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində torpağa tapşırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.