Ölkə

Bir sıra xəstəxanalar Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirilib - SİYAHI

7 İyul 2021 09:42
2 Şərh     Baxış: 1 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bir sıra tibb müəssisələri birləşdirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, həmin xəstəxanalar yenidən təşkil olunub.

Belə ki, "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi Şəxs "21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, "31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" Publik Hüquqi Şəxs, "Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" Publik Hüquqi Şəxs, Yazıçılar poliklinikası, habelə 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası hüquqi şəxslərin ona qoşulması ilə yenidən təşkil edilib.

Xatırladaq ki, bundan əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin ona qoşulması ilə yenidən təşkil olunub. Eyni zamanda K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Uşaq Klinik Xəstəxanasının ona qoşulması ilə yenidən təşkil edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.