Ölkə

Azərbaycanda son sutkada COVID-19-dan vəfat edən olmayıb

19 İyun 2021 17:24
Baxış: 3 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, ötən sutka ərzində COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib, aktiv xəstə sayı 1014 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7254, ötən müddət ərzində isə ümumilikdə 3668281 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.