Ölkə

Türkiyədə məcburi eniş edən helikopterimiz barədə YENİ XƏBƏR - VİDEO

25 May 2021 10:29
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Giresun şəhərində məcburi eniş edən Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterində yaranmış problem aradan qaldırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, hərbi helikopterdə baş verən nasazlıq aradan qaldırılıb və Azərbaycan hərbçiləri helikopterin eniş etdiyi bölgəni tərk ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 20-də Türkiyə ərazisində keçiriləcək "Anatolian Phoenix-2021" beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdə baş verən cüzi nasazlıq səbəbindən Giresun şəhərində məcburi eniş edib. Helikopterin ekipajı arasında xəsarət alan olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.