Ölkə

Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir

7 May 2021 15:58
Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək müvafiq komissiya tərəfindən uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunur.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, namizədlərin apellyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçirilir.

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya prosesi 7-8 may tarixlərini əhatə edəcək. Onlayn müsahibələrdə apellyasiya komissiyası tərəfindən namizədlərin müvafiq bilik və bacarıqları yoxlanılacaq.

Qeyd edək ki, müraciətlər əsasında 195 namizəd apellyasiya müsahibəsinə dəvət olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.