Ölkə

COVİD-dən xilas olmağın ən effektiv yolu - Xəstəliyi keçirmiş insanlar da...

21 Aprel 2021 10:03
Baxış: 4 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"COVİD-19 əleyhinə vaksinasiyadan öncə qanda antitel baxılmasına ehtiyac yoxdur".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Vüsalə Yaşar deyib.

O bildirib ki, xəstəliyi keçirmiş insanlar da vaksin olunmalıdır:

"Antitellərin hansı titrdə qoruyucu olduğu bilinmir. Antitelləri olan insanlarda bu qoruyuculuğun hansı müddət davam etdiyi və nə qədər qoruduğu da dəqiq bəlli deyil. Bu səbəbdən antitelləriniz nə qədər çox olarsa bir o qədər yaxşıdır. Yəni xəstəliyi keçirmiş, antitelləri yaranmış insanlar da vaksin olunmalıdır.

Ölkəmizdəki vaksinasiya strategiyasına əsasən son 1 ildə COVİD keçirməyənlərə üstünlük verilir. Bu isə koronavirusa yoluxanlara vaksin olmaz anlamına gəlməməlidir. Sadəcə vaksinasiyada üstünlük COVİD keçirməyən və daha çox risk altında olanlara verilməlidir. Vaksinasiyadan sonra çox insanın analiz verib baxdırdığı antitel isə "spike" antitellər olmadığı üçün titr aşağı gəldiyindən məyus olurlar. Məsələ sadəcə xəstəlikdən sonrakı və vaksinasiyadan sonrakı antillərin baxılmasındakı fərqlilikdədir. COVİD-19 peyvəndi yoluxma zəncirini qırmağın ən effektiv açarıdır".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.