Ölkə

Şəhid Rövşən Rüstəmovun doğum günü idi - VİDEO

12 Aprel 2021 11:14
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Məğlubiyyət bizim alnımızda ləkədir. O ləkəni təmizləməliyəm deyən" şəhid Rövşən Rüstəmovun dünən 22 yaşı tamam oldu.

Xezerxeber.az-ın məlumatına görə, Rövşən Rüstəmov təhsilinə Dənizçilik Akademiyasında başlayıb.

Atasının vəfatından sonra ailənin bütün yükünü üzərinə alaraq həm işləyib, həm də oxuyub. Əsgərliyə gedəndə isə qısa zamanda nailiyyətləri ilə fərqlənib. Çox keçməmiş onu briqada komandiri vəzifəsinə təyin ediblər. Tək arzusu ömrü boyu vətənə layiqincə  xidmət etmək olub. Vətən müharibəsi başlayanda Tərtər-Ağdərə istiqamətinə yola düşüb.

Anası Reyhan xanım deyir ki, oğlu döyüşlərə böyük həvəslə qoşulub.

Getdiyi gündən erməniləri torpaqlarımızdan qovacağını deyən şəhidimiz 15 gün qəhrəmancasına döyüşüb. Dayısına hər zəngində anasından muğayət olmağı tapşırıb.

Şəhid Rövşən Rüstəmov anası ilə danışdıqdan 2 saat sonra mühasirəyə düşərək yaralanıb. Oktyabrın 6-sı isə  şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.