Ölkə

Tank əleyhinə bölmələrimiz atışlara başladı - VİDEO - FOTO

26 Mart 2021 14:39
Baxış: 1 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində iştirak etmiş Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrinin heyətləri döyüşlər zamanı düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Orduda tank əleyhinə bölmələrlə keçirilən ixtisas toplantısında Vətən müharibəsində iştirak etmiş heyətlərin döyüş təcrübəsi öyrənilir və praktiki atışlar icra edilir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ixtisas toplantısının birinci mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğuları üzərində praktiki atışlar keçirilib.

Şəxsi heyətin taktiki, texniki və ixtisas hazırlığının yüksəldilməsi, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən toplantının ikinci mərhələsində isə heyətlərin səhra bacarıqları yoxlanılıb.

Hazırda davam edən toplantılarda heyətlərin tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutması, tank əleyhinə dəzgahlı qumbaraatanlardan düzünə və yarımdüzünə tuşlama ilə yaxın və uzaq məsafələrdə hədəfləri məhv etməsi vərdişləri praktiki atışlarla təkmilləşdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.