Ölkə

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı - RƏSMİ

19 Mart 2021 15:52
Baxış: 8 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb. Qərarda deyilir:

"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın".

Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Eyni zamanda, Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qərar qəbul edib.

Qərara əsasən martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.