Ölkə

Nazirlikdən hərbçilərin maaşı ilə bağlı daha bir AÇIQLAMA

3 Mart 2021 19:15
Baxış: 3 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hərbi qulluqçulara yaxın günlərdə yeni əlavələr ödəniləcək".

Müdafiə Nazirliyindən Milli.Az-ın hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin nə zaman ödəniləcəyi ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, maliyyə ödəməsi keçən ilin dekabr, cari ilin yanvar və fevral aylarını əhatə edəcək.

Qeyd edək ki, əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin aylıq vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.