Ölkə

"Vaksin spirtli içki içənlərə, siqaret çəkənlərə vurulsa..." - İnfeksionist AÇIQLADI

26 Yanvar 2021 10:47
Baxış: 13 655

Vaksinasiyanı COVİD-dən o zaman xilas hesab etmək olar ki, əhalinin 70-80%-i vaksin olunsun, ondan sonra biz bu bəladan qurtula bilərik.

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.

İnfeksionist bildirib ki, koronavirusdan xəstələnib sağalan şəxs 6 aydan sonra peyvənd etdirə bilər:

"Vaksin effektlidir. Biz bütün tibb işçiləri özümüz də yanvarın 18-dən başlamışıq peyvənd etdirməyə. Hələ ki heç kimdə heç bir mənfi, xoşagəlməz bir təsiri müşahidə edilmədi. Müsbət cəhəti də odur ki, birinci və ikinci doz vaksin vurulduqdan sonra Hemoqlobin C-də yüksək rəqəm əldə edildi. Bunun şahidi də olmuşuq, xəstə sağalıb, 6 ay keçib, hemoqlobini 10, 12, yaxud 15-sə, vaksinin ikinci dozundan sonra hemoqlobin 35-40 arasında oldu. Mən xəstəmizdə bu prosesin şahidi oldum.

Xəstələnib sağalan şəxs 6 aydan sonra heç bir analizsiz peyvənd etdirə bilər. Hər bir vətəndaş xəstələnib sağalırsa, 6 aydan sonra yenidən COVİD tutma ehtimalı var. Və bizim vurduğumuz vaksin ən azı 2 il bizi qoruya bilər. 

Spirtli içkidir, tütün məhsullarıdır bunlar sağlamlıq üçün zərərli vərdişlərdir. Amma onların vaksinasiyanın effektivliyinə heç bir təsiri yoxdur".

Təhməz Əsədov
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.