Ölkə

Azərbaycan ordusun şəhid olan 2 əsgəri Gəncədə dəfin edilib - FOTO

20 Yanvar 2021 16:12
Baxış: 1 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsində şəhid olan Kazımov Xuduş Həsən oğlu və Məmmədov İlkin Cəmil oğlu Gəncədə dəfn olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun 2 əsgərləri - 1988-ci il təvəllüdlü Kazımov Xuduş Həsən oğlu və 1992-ci il təvəllüdlü Məmmədov İlkin Cəmil oğlunun nəşi Gəncə şəhərinə gətrilib.

Hər iki şəhidlə onların yaşadığı evdə vida mərasimi keçrilib.

Daha sonra şəhidlər Gəncədəki Şəhidlər xiyabanına aparılıb. Şəhidlərlə vida mərasimində ailəiləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Şəhidlər X.Kazımov və İ.Məmmədov Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, X.Kazımov və İ.Məmmədov Vətən müharibəsində itkin düşən 50 hərbçilərdən idi.

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.