Ölkə

8 prokurorluq işçisi vəzifəsindən azad edilib

8 Yanvar 2021 16:04
Baxış: 1 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış etmişdir.

Bildirilmişdir ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-si prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.