Ölkə

"Qarşıda bizi daha çətin günlər gözləyir" - İnfeksionistdən XƏBƏRDARLIQ

25 Dekabr 2020 13:27
Baxış: 5 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Statistikaya əsasən ölkəmizdə yoluxma sayı aşağı düşsə də, bu o demək deyil ki, biz rahatlaşmalıyıq".

Bunu Milli.Az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, özlərində COVİD-in hər hansı əlamətini hiss edən hər kəs mütləq müayinədən keçsin:

"COVİD-in yeni mutasiya olunmuş növü daha qorxuludur, daha yoluxucudur, letallıq (ölüm yaratma riski) faizi daha yüksəkdir. Qarşıda bizi daha çətin günlər gözləyir. Çünki virus mutasiyaya uğradıqca təbii ki, yeni əlamətlər formalaşır, orqanizm ona qarşı özünü daha çətin müdafiə edir. Amma yenə də deyərdim ki, çox şey bizim özümüzdən asılıdır. Özümüzü qorusaq, yoluxma riskimiz aşağı düşər.

Yenə də gigiyenik qaydalara, tibbi maskadan istifadəyə istər nəqliyyatda, istər marketlərdə, istərsə də digər ictimai yerlərdə düzgün əməl olunmalıdır. Ən önəmlisi, özlərində COVİD-in hər hansı əlamətini hiss edən hər kəs müayinədən keçsin. Profilaktik olaraq immun sistemini qüvvətli saxlamaq üçün istər yediyi qidalara, istər yuxu rejiminə diqqət etsinlər".

Xatırladaq ki, ötən sutka ərzində Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.