Ölkə

ÜST Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində səhiyyə ilə bağlı ehtiyacları öyrənir

9 Dekabr 2020 18:45
Baxış: 877
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası son hərbi əməliyyatların mülki əhali üzərindəki təsirlərini öyrənmək üçün Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində öz işinə başlayıb.

Qurumdan Milli.Az-a bildirilib ki, missiya çərçivəsində nümayəndə heyəti yerli icra hakimiyyəti orqanlarını və səhiyyə müəssisələrini ziyarət edəcək, tibb işçiləri və digər şəxslərlə ÜST-nin lazımi dəstək göstərə biləcəyi sahələri müəyyənləşdirmək üçün müzakirələr aparacaq.

5 günlük səfər çərçivəsində missiya üzvləri Bərdə, Tərtər, Ağdam və Gəncəni ziyarət edəcək, münaqişədən birbaşa zərər çəkmiş insanlara gigiyena dəstləri və tibbi maskalar paylayacaq.

Missiya ÜST-nin 7 nəfərlik yerli və xarici ekspertindən, Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrindən ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.