Ölkə

Bakıda restoranda toy etmək istəyən şəxslər saxlanılıb

9 Dekabr 2020 18:44
Baxış: 1 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində "Xonça" restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.

Mərasimin zalının icarədarı paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər.Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub.

Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.

Araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.